• Bakı 9° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

18 oktyabrda qeyri iş günü olmalıdır - DEPUTAT

CƏMİYYƏT

29 Oktyabr 2021 | 12:13

18 oktyabrda qeyri iş günü olmalıdır - DEPUTAT

"18 oktyabr Müstəqilliyin bərpası günü qeyri iş günü olmalıdır". 

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib. 

Millət vəkili 18 oktyabr müstəqilliyinin bərpası gününün bayram kimi qeyd olunmasının zəruriliyini bildirib: 

"Əgər 28 May Müstəqillik Gününü bayram kimi qeyd ediriksə, 18 oktyabrda da qeyri iş günü olmalıdır. Əmək Məcəlləsində bu istiqamətdə dəyişiklik olmalıdır. Müstəqilliyin bərpası bizim üçün daha az əhəmiyyət daşıyır? Nə üçün bu günü bayram kimi qeyd etmirik?" 

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR