SEPAH-a bağlı "Tasnim" xəbər agentliyinin fotoqrafı Taliban nümayəndələri tərəfindən həbs edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə agentlik özü məlumat yayıb.
Bildirilib ki, Məhəmməd Hüseyn Vilayəti adlı fotoqraf 10 gün Əfqanıstanda qaldıqdan sonra avqustun 19-da İrana qayıdarkən Kabil hava limanında saxlanılıb.
Fotoqrafın saxlanılma səbəbləri barədə Əfqanıstan tərəfinin açıqlama vermədiyi bildirilib.
Qeyd edək ki, mayın 18-də İran Prezidenti İbrahim Rəisinin Taliban hökumətini Hirmənd çayının axınını dəyişdirməkdə ittiham etməsi və hədələməsi iki ölkə arasında münasibətləri gərginləşdirib./axar.az















