• Bakı 26° C

    4.31 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Mərkəzi Bankdan sürpriz qərar

DÜNYA

21 Sentyabr 2023 | 17:32

Mərkəzi Bankdan sürpriz qərar

İngiltərə Bankı inflyasiyanın aşağı düşməsi, tənəzzül qorxularının artması fonunda son üç onillikdən çox müddət ərzində özünün ən aqressiv sərtləşdirmə dövrünü başa vurub.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, BOE siyasət faizini 5,25 faiz səviyyəsində saxlayıb.

Xatırladaq ki, Bloomberg sorğusuna qatılan iqtisadçıların gözləntiləri faiz dərəcəsinin 5,50 faizə yüksələcəyi idi.

Pul Siyasəti Komitəsinin beş üzvü faiz dərəcələrinin dəyişməz qalmasına səs versə də, dörd üzv faiz dərəcələrinin 5,5 faizə qaldırılmasını istəyib. Səsvermə hüququna malik olan prezident Endryu Beyli faiz dərəcələrini sabit saxlamağa üstünlük verib.

Xatırladaq ki, ölkədə faiz dərəcəsinin 0,1 faiz olduğu 2021-ci ilin dekabrında başlayan sərtləşdirmə dövründə siyasət dərəcəsi ardıcıl 14 dəfə artırılmışdı.

Bununla belə, BOE siyasətin hazırda fasilədə olduğunu, 2 faizlik hədəfdən xeyli yuxarı olan inflyasiyanın gözlənildiyi kimi düşməyəcəyi təqdirdə müdaxilə edəcəyini bildirdi.

Qeyd edək ki, bank istehlak qiymətləri inflyasiyasının 2025-ci ilin ikinci rübündə hədəfə çatacağını təxmin edir.

Beyli yazılı açıqlamasında bildirib ki, son aylarda inflyasiya xeyli aşağı düşüb və bunun davam edəcəyi ehtimal olunur: “Bu, yaxşı xəbərdir. Bununla belə, arxayınlığa yer yoxdur. İnflyasiyanın normallaşmasına əmin olmalıyıq. Lazımi tədbirləri görməyə davam edəcəyik. Bunun üçün qərarlar qəbul edilir”.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026