• Bakı 7° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ərdoğan Stoltenberqlə DANIŞDI

DÜNYA

21 Oktyabr 2023 | 17:27

Ərdoğan Stoltenberqlə DANIŞDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, liderlər qarşılıqlı maraq doğuran məsələlər barədə danışıblar. Onlar, həmçinin Yaxın Şərqdəki durumu, o cümlədən İsraillə Fələstin arasındakı hərbi toqquşmanı müzakirə ediblər.

Qeyd olunub ki, Türkiyə regionda sabitliyin əldə olunması üçün bütün səyləri göstərməyə hazırdır.

Ərdoğan, həmçinin Qərb ölkələrinin mövqelərinin Yaxın Şərqdəki vəziyyətə mənfi təsir etdiyini söyləyib.

Xatırladaq ki, R.T.Ərdoğan daha əvvəl ukraynalı həmkarı Volodimir Zelenski ilə danışmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026