• Bakı 13° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Saakaşvili məhkəmədə prezidentdən əfv istədi

DÜNYA

20 Noyabr 2023 | 14:49 | Müəllif: Subhan Mahmudov

Saakaşvili məhkəmədə prezidentdən əfv istədi

Gürcüstanın sabiq Prezidenti Mixael Saakaşvili dövlət başçısı Salome Zurabişvilidən əfv olunmasını istəyib.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə məhkəmə iclasında danışıb.

Saakaşvili bildirib ki, o, bir müddət Gürcüstandan kənarda olmalıdır: "Təbii ki, xanım Zurabişvili bir imza ilə atasını uşaqlara qaytara və ən əsası, Gürcüstanda siyasi tarazlığı bərpa edə bilər".

Qeyd edək ki, M.Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib, bundan sonra ölkədə ona qarşı 4 cinayət işi açılıb, onlardan ikisində siyasətçi qiyabi olaraq 3 və 6 il müddətinə azadlıqdan məhrum edilib. 2021-ci ilin oktyabrında Saakaşvili gizli şəkildə Gürcüstana gəlib, lakin saxlanılıb. 2022-ci ilin may ayında səhhəti pisləşdiyi üçün Tbilisidəki "Vivamed" özəl klinikasına aparılıb və bu günə kimi oradadır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026