• Bakı 14° C

    2.76 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Çində güclü zəlzələ: 133 nəfər öldü - YENİLƏNİB

DÜNYA

20 Dekabr 2023 | 10:11 | Müəllif: Qalib İbrahimoğlu

Çində güclü zəlzələ: 133 nəfər öldü - YENİLƏNİB

Çində zəlzələ nəticəsində ölənlərin sayı artıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (China Central Television – CCTV) məlumat yayıb.

Çinin şimal-qərbindəki Qansu əyalətində gecə yarısı baş verən zəlzələdə ölənlərin sayı 133 nəfərə çatıb.

Xatırladaq ki, ötən gün Çinin şimal-qərbindəki Qansu əyalətində Pekin vaxtı ilə gecə yarısı (Bakı vaxtı ilə 20:00) maqnitudası 6,2 olan yeraltı təkanlar qeydə alınıb. Zəlzələnin episentri 10 km dərinlikdə yerləşib.

Zəlzələnin episentri olan Cisişan dairəsinin səlahiyyətliləri 5 minə yaxın bina və tikilinin dağıldığını bildirib.

***

08:30

Çinin şimal-qərbindəki Qansu əyalətində gecə yarısı baş verən zəlzələdə ölənlərin sayı artrıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çin Zəlzələ Şəbəkələri Mərkəzi məlumat yayıb.

İki vilayətin sərhədinə yaxın bir bölgədə baş verən zəlzələdə Qansuda 536, Çinxayda isə 198 nəfər xəsarət alıb.

***

19 dekabr 10:56

Çinin şimal-qərbindəki Qansu əyalətində gecə yarısı baş verən zəlzələ nəticəsində ölənlərin sayı 118 nəfərə çatıb, 250-dən çox insan yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, zəlzələnin gücü 6,2 bal olub və 10 km dərinlikdə baş verib. Zəlzələnin episentri olan Cisişan dairəsinin səlahiyyətliləri 5 minə yaxın bina və tikilinin dağıldığını bildirib.

***

08:42

Çində güclü zəlzələ olub.

Bakıvaxri.az xarici mətbuata istinadən xəbər verir ki, yeraltı təkan ölkənin şimal-qərbindəki Sincan-Uyğur Muxtar Bölgəsində 5,2 maqnitudalı zəlzələ qeydə alınıb.

Seysmik hadisənin episentri 135 minə yaxın insanın yaşadığı Tumşuk kəndindən (Sincan-Uyğur Muxtar Rayonu) 110 km qərbdə yerləşib, 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilmir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Oktyabr 2026