• Bakı 13° C

    0.96 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

BMT-dən İran və Pakistana çağırış...

DÜNYA

19 Yanvar 2024 | 01:00 | Müəllif: Subhan Mahmudov

BMT-dən İran və Pakistana çağırış...

BMT-nin Baş katibi Antonio Quterreş İran və Pakistanı vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün təmkinli olmağa çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

“Baş katib İran və Pakistan arasında son hücumlarından son dərəcə narahatdır. O, hər iki ölkəni vəziyyəti daha da gərginləşməmək üçün maksimum təmkinli olmağa çağırır.

Quterreş əmindir ki, İran və Pakistan arasında bütün təhlükəsizlik problemləri dinc yolla, dialoq və əməkdaşlıq yolu ilə həll edilməlidir”, - bəyanatda vurğulanıb.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR