Rusiyanın müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinə Avdeyevka şəhərinin tam nəzarətə götürülməsi barədə məruzə edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Şoyqu Avdeyevkanın general-polkovnik Mordviçevin komandanlığı altındakı mərkəz qoşun qruplaşmasının tam nəzarətinə keçdiyi barədə məlumatlandırıb.
















