• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Fransa yaxın zamanda Ukraynaya 6 "Sezar" verəcək

DÜNYA

18 Yanvar 2024 | 23:46 | Müəllif: Subhan Mahmudov

Fransa yaxın zamanda Ukraynaya 6 "Sezar" verəcək

Fransa yaxın həftələrdə Ukraynaya altı “Sezar” özüyeriyən haubitsa verəcək. Sonra isə təxminən bir il ərzində daha 72 ədəd “Sezar” tədarük edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fransa Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, altı haubitsa ötən ilin sentyabr ayında istehsalçı Fransanın “Nexter” şirkəti ilə Ukrayna dövləti arasında birbaşa kommersiya müqaviləsi əsasında sifariş edilib.

Qeyd edək ki, 2022-ci ildən bəri Fransa Ukraynaya 30 ədəd “Sezar” verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026