• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ermənistan KTMT-nin yardımından imtina etdi

DÜNYA

20 Noyabr 2023 | 13:57 | Müəllif: Subhan Mahmudov

Ermənistan KTMT-nin yardımından imtina etdi

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) tərəfdaşlarından ona yardım haqqında sənədi gündəmdən çıxarmağı xahiş edib.

Bakıvaxtı.az xəbər verir ki, bunu noyabrın 20-də KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşündə deyib.

Qeyd olunub ki, Belarus KTMT Şurasının 34 prioritet istiqamətindən 32-sini icra edib.

Baş katib əlavə edib ki, 2 tədbirin icrası mümkün olmayıb: “Bunlardan biri KTMT Şurasının Ermənistana yardımı ilə bağlıdır. Digər müttəfiqlər bu qərarı dəstəkləsələr də, erməni tərəfi bu sənədə maraq göstərməyib. Bundan başqa, işin sonunda bu məsələni ümumiyyətlə gündəlikdən çıxarmağı xahiş edib”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026