• Bakı 13° C

    8.25 m/s

  • USD - 1.7

    EUR - 1.8462

    RUB - 0.0178

Şakiranı 8 illik həbs gözləyir?

DÜNYA

20 Noyabr 2023 | 16:29

Şakiranı 8 illik həbs gözləyir?

"Şakira" ləqəbli kolumbiyalı müğənni İzabel Mebarak Ripoll İspaniyada 8 il 2 ay həbs cəzası alma ehtimalı olduğu vergidən yayınma işi ilə bağlı ittihamları qəbul edib və sövdələşməyə başlayıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Barselona Əyalət Məhkəməsinə gələn Şakiranı izdihamlı mətbuat qrupu qarşılayıb.

Məhkəmə mənbələrindən əldə edilən məlumata görə, İspaniyada yaşadığı dövrdə 2012-2014-cü illər arasında 6 müxtəlif cinayətə görə Maliyyə Nazirliyindən 14,5 milyon avro vergidən yayınmaqda ittiham olunan Şakira iddialarla razılaşıb. O, 2,9 milyon avro cərimə ödəyəcək.

Normal şəraitdə 117 nəfərin şahid qismində cəlb olunduğu işin 12 iclas davam edəcəyi gözlənilirdi.

“Barselona”nın keçmiş futbolçusu Gerard Pike ilə birlikdə bir müddət Barselonada yaşayan Şakira ölkə qanunlarına görə, 183 gündən çox orada yaşadığı üçün vergi ödəyicisi olub. Prokurorluq Şakiranı İspaniyada vergi ödəməmək üçün gəlirlərini və aktivlərini İspaniya Vergilər İdarəsindən gizlətməkdə və Britaniya Virgin Adaları, Kayman adaları, Malta, Panama və Lüksemburqda yerləşən şirkət şəbəkəsinə köçürməkdə ittiham edib.

Xatırladaq ki, prokurorluq Şakiraya 8 il 2 ay həbs və ümumilikdə 23 milyon avroya yaxın cərimə tələb edirdi.

Ay Tac


SON XƏBƏRLƏR

21 Oktyabr 2024