• Bakı 14° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Şarl Mişel və Mahmud Abbas Qahirədə görüşdü

DÜNYA

21 Oktyabr 2023 | 15:40

Şarl Mişel və Mahmud Abbas Qahirədə görüşdü

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Fələstin dövlətinin Prezidenti Mahmud Abbasla görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, tərəflər arasında görüş Qahirə sülh konfransı çərçivəsində baş tutub.

"İki dövlətli həllə əsaslanan sülhün başqa alternativi yoxdur. Aİ bu səylərdə öz rolunu oynamağa davam etməyə hazırdır", - Şarl Mişel bildirib.

Qeyd edək ki, Misirin paytaxtı Qahirədə 30-dan çox dövlətin, bir sıra beynəlxalq və regional təşkilatların iştirakı ilə Fələstin-İsrail məsələsi üzrə keçirilən beynəlxalq sülh sammiti işə başlayıb.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026