Qəzza zolağının şimalında hərbi əməliyyatlar başa çatdıqdan sonra İsrail Müdafiə Qüvvələri əməliyyatın yeni mərhələsinə keçəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat katibi Conatan Konrikus “StandWithUs” qeyri-hökumət təhsil təşkilatının efirində çıxışı zamanı danışıb.
“Döyüşlərin növbəti mərhələsi Qəzza zolağının şimalında HƏMAS-ın qalıqlarını bitirməyə həsr olunacaq. Bu, asan məsələ deyil, düşünməyin ki, biz onu bir kənara atmışıq. Qəzzanın şimalında hələ də ciddi döyüşlər gedir. Amma gec-tez bu da bitəcək. Ümid edirik ki, bu, İsrail üçün əlavə itkiləri olmadan baş verəcək”, - deyə o bildirib.
“Bu, həyata keçirildikdən sonra biz döyüşün yeni mərhələsinə keçəcəyik, çünki ümumi məqsəd HƏMAS-ın bütün infrastrukturunu məhv etməkdir. Biz heç vaxt özümüzü heç bir coğrafi sərhədlə məhdudlaşdırmamışıq. Biz, sadəcə olaraq, ilk mərhələdə Qəzzanın şimalında döyüşəcəyimizi demişdik”, - Konrikus əlavə edib.