Baş nazir məsciddən qovuldu
Bakıvaxtı.az "Toronto Sun"-a istinadla məlumat verir ki, dünən Toronto məscidinə ziyarətə gələn Kanadanın baş naziri Castin Tryudo, İsrail-Fələsin münaqişəsinə ikiüzlü münasibət göstərdiyinə görə, ibadətə gələn müsəlmanlar tərəfindən məsciddən qovulub.
Sosial şəbəkədə yayılan video gürüntülərdə, 20 oktyabrda Toronto şəhəri, Etobiko rayonunda yerləşən məscidə gələn baş nazir Tryudo ibadət edənlərin sərt etirazlarını yüksək səslə bildirmələri qarşısında ibadət məkanını tərk etmək məcburiyyətində qalıb.
Kanadanın baş naziri, onun üçün hazırlanmış tribunadan ibadətə gələn müsəlmanlara, bu çətin vaxtlarda onlarla birlikdə dua etməyə gəldiyini bildirib. Lakin buna cavab olaraq müsəlmanlar onun çıxışına etiraz edərək, Tryudonu ikiüzlük etməkdə günahlandırıblar və onun müqəddəs ibadətgahı tərk etməsini tələb ediblər.
İsmayıl Alısoy
















