• Bakı 9° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İtaliya Baş naziri İsrailə səfər edəcək

DÜNYA

21 Oktyabr 2023 | 16:17

İtaliya Baş naziri İsrailə səfər edəcək

İtaliyanın Baş naziri Corca Meloni Misirdə təşkil edilən Qəzza zolağındakı vəziyyətlə bağlı beynəlxalq sammitə qatıldıqdan sonra İsrailə getməyə hazırlaşır.

Bu barədə Bakıvaxtı.az İtaliya mətbuatına istinadən xəbər verir.

O, israilli həmkarı Benyamin Netanyahu ilə görüşməyi planlaşdırır.

Qeyd edək ki, sammit oktyabrın 21-də baş tutacaq. BMT-nin Baş katibi Antoniu Quterriş tədbirdə iştirakını artıq təsdiqləyib.

Bundan əlavə, bir sıra Yaxın Şərq və Avropa dövlətlərinin başçılarının Qahirəyə gələcəyi planlaşdırılır.

“Euractive”in məlumatına görə, tədbirdə Avropa Şurasının rəhbəri Şarl Mişel və Avropa İttifaqının (Aİ) xarici siyasət şöbəsinin rəhbəri Jozep Borrel iştirak edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026