• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Taliban” Pəncşirdən Əhməd Şah Məsudun məzarının görüntülərini yaydı

DÜNYA

06 Sentyabr 2021 | 18:07

“Taliban” Pəncşirdən Əhməd Şah Məsudun məzarının görüntülərini yaydı

“Taliban” hərəkatı Pəncşirdən əfsanəvi səhra komandiri Əhməd Şah Məsudun məzarının görüntülərini yayıb.

Bakıvaxtı.az-ın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, “Taliban”ın yaydığı videoda Şah Məsudun məqbərəsinin qarşısındakı meydan boşdur, taliblərə qarşı hər hansı müqavimət göstərilmir.

Əhməd Şah Məsudun məqbərəsi Pəncşir vilayətinin inzibati mərkəzi Bəzərəkin 8 kilometrliyində yerləşir.

Qeyd edək ki, Pəncşirdə müqavimət qüvvələrinə Əhməd Şah Məsudun oğlu Əhməd Məsud rəhbərlik edir. “Taliban” Pəncşirə nəzarəti tam ələ keçirdiyini bəyan etsə də, müqavimət qüvvələri taliblərin bəyanatını təkzib edib. Əhməd Məsud Əfqanıstan xalqını “Taliban”a qarşı üsyana çağırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026