• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bayden oktyabrın sonunda Vatikana səfər edəcək

DÜNYA

06 Oktyabr 2021 | 00:32

Bayden oktyabrın sonunda Vatikana səfər edəcək

ABŞ Prezidenti Cozef Bayden oktyabrın sonunda Vatikanda Roma Papası Fransisklə görüşəcək.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Vatikanın dövlət katibi kardinal Pietro Parolin bildirib.

Onun sözlərinə görə, görüş Ağ Ev rəhbərinin G20 ("Böyük İyirmilik") sammiti üçün Romaya səfəri çərçivəsində baş tutacaq.

Daha əvvəl ABŞ mətbuatı Cozef Baydenin 30-31 oktyabr tarixlərində Romada keçirilməsi planlaşdırılan G20 ("Böyük iyirmilik") ölkələrinin dövlət və hökumət başçılarının zirvəsində iştirak etmək niyyətində olduğunu açıqlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026