• Bakı 19° C

    1.07 m/s

Paşinyan: “Xəstəxanalarda yer yoxdur, insanlar ölür”

DÜNYA

04 Noyabr 2021 | 14:29 | Müəllif: Subhan Mahmudov

Paşinyan: “Xəstəxanalarda yer yoxdur, insanlar ölür”

Ermənistanda koronavirus xəstələri üçün çarpayı çatışmazlığı müşahidə olunur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin iclasında ölkənin səhiyyə naziri Anait Avanesyan koronavirus epidemiyası ilə bağlı vəziyyəti şərh edərkən deyib.

Çarpayı fondu ilə bağlı vəziyyətin gərgin olaraq qaldığını vurğulayan ermənistanlı nazir eyni zamanda, xəstəxanaya yerləşdirilən 3000-dən çox vətəndaşın yalnız 97-nə peyvənd vurulduğunu bildirib.

Ermənistan baş naziri Nikol Paşinyan qeyd edib ki, səhiyyə sistemi həddindən artıq yüklənib: xəstəxanaya yerləşdirilməyi gözləyənlər varsa, bu o deməkdir ki, xəstəxanalarda yer yoxdur:

“Bunun nəticəsində insanlar ölür, hər birimiz faciəvi hadisələrin şahidi oluruq”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Oktyabr 2026