Bəzi ölkələrin və regionların sakinləri üçün səyahət qadağaları bu yaxınlarda müəyyən edilmiş omicron ştammı kontekstində cəzalandırıcı və səmərəsizdir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterres "Twitter"də paylaşım edib. "Həqiqətən sərhəd tanımayan bir virusla hər hansı bir ölkəni və ya bölgəni təcrid edən səyahət məhdudiyyətləri ədalətsiz, cəzalandırıcı və səmərəsizdir", - deyə Quterreş bildirib.
BMT Baş katibi bütün hökumətləri digər uyğun və həqiqətən təsirli tədbirlərlə birlikdə səyahətçilər üçün çoxsaylı sınaqları nəzərdən keçirməyə çağırıb.
















