• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Ukrayna aviaşirkəti Bakıya uçuşlarını dayandırır

DÜNYA

02 Yanvar 2022 | 20:34 | Müəllif: Subhan Mahmudov

Ukrayna aviaşirkəti Bakıya uçuşlarını dayandırır

Ukraynanın “SkyUp” aviaşirkəti Zaporojye - Bakı - Zaporojye reysi üzrə uçuşlarını dayandırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Məlumata görə, Ukrayna Dövlət Aviasiya Xidməti “SkyUp” aviaşirkətinin Zaporojye də daxil olmaqla, üç şəhərdən uçuş lisenziyasını ləğv edib.

Qurumdan bildirilib ki, aviaşirkətin özü müvafiq ərizə ilə müraciət edərək Kiyev, Xarkov, Lvov, Odessa və Zaporojyedən uçuş hüququndan imtina etmək qərarına gəlib.

Şirkət tərəfindən uçuşların ləğv olunmasının səbəbi açıqlanmır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026