• Bakı 23° C

    4.17 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Dəlixanadan qaçdı, timsaha yem oldu...

DÜNYA

01 Fevral 2022 | 14:57 | Müəllif: Subhan Mahmudov

Dəlixanadan qaçdı, timsaha yem oldu...

Zimbabvenin Masvingo şəhərindəki psixiatriya xəstəxanasının pasiyenti klinikadan qaçıb və Tuqvi çayını keçərkən timsah tərəfindən yeyilib.

Bakıvaxtı.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə "Zimbabwe News" xəbər verir.

Qeyd olunur ki, klinika əməkdaşları xəstənin qaçışından təxminən on dəqiqə sonra, palatalara dərman paylayarkən xəbər tutub və dərhal polisə müraciət edib.

Qaçışdan yarım saat sonra yerli sakinlərdən biri timsahlarla dolu çayı keçməyə çalışan və xəstəxana paltarında olan bir şəxsi gördüyü barədə polisə məlumat verib. O, deyib ki, timsah həmin şəxsi suyun altına aparıb. Polis göstərilən yerə gedib və orada xəstənin paltarını taparaq, qalıqlarını axtarmağa başlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026