"Bizim hərbi doktrinamız var. Burada nüvə silahı üçün şərtlər var".
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Bəli, belədir, nüvə müharibəsinə hazırlıq görülür" deyən Lavrov indiyə qədər olan izahatlara diqqətlə baxmağa çağırıb.
"Birincisi, Stoltenberq deyib ki, sanki radikal qüvvələrə müraciət edərək, heç kim NATO-nun etmək istədiyi işin qarşısını ala bilməz, əgər biz Şərqi Avropa ölkələrinə raketlər yerləşdirmək istəyiriksə, buna heç kim mane ola bilməz".
Sergey Lavrov deyib ki, nüvə müharibəsi ehtimalını Rusiya deyil, NATO və Ukrayna irəli sürür.
"Əgər bizə qarşı döyüşmək istəyirlərsə, bu haqda yaxşı düşünməlidirlər", - deyə Rusiya XİN başçısı vurğulayıb.
Ramid İbrahimov
















