• Bakı 14° C

    0.81 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Türkiyənin yeni hədəf dronu - Foto

DÜNYA

02 Aprel 2022 | 13:04 | Müəllif: Subhan Mahmudov

Türkiyənin yeni hədəf dronu - Foto

Türk Aviasiya və Kosmos Sənayesi Şirkəti (TUSAŞ) yeni “Supersonik” hədəf dronunun prototipini təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı “A Haber” yayıb.

Yeni hədəf dronu bir sıra xüsusiyyətlə malik olacaq. Dron elektron hücum, elektron dəstək, hədəf təyyarə və saxta hədəf kimi bir çox kritik vəzifəni yerinə yetirə biləcək.

Əsas xüsusiyyəti isə saxta hədəf vəzifəsinin icrası olacaq. Yəni, düşmənin hava hücumundan müdafiə (HHM) sisteminin radarında “saxta təyyarə” görüntüsü yaradacaq və həmin HHM sistemlərinin yeri müəyyənləşəcək.

Hazırda dronların sınaq müddəti davam edir. “Supersonik” hədəf dronunun “Anka” və Aksunqur” PUA-larından buraxılacağı bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026