Rusiya-Ukrayna danışıqlarının nə vaxt başlayacağı məlum oldu.
Bakıvaxtı.az "TASS"-a istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar saat 15:00-da (Bakı vaxtı ilə 16:00) başlaya bilər.
Bu barədə məlumat verən Rusiya nümayəndə heyətinin başçısı, Rusiya prezidentinin müşaviri Vladimir Medinski danışıqlarının Belarusun Brest vilayətində keçiriləcəyini deyib.
***
10:31
Rusiyanın Ukraynaya hücumunun 8-ci günündə tərəflər arasında danışıqların ikinci raundunun keçiriləcəyi gözlənilir.
Bakıvaxtı.az xəbər verir ki, Rusiya-Ukrayna danışıqlarının ikinci raundu Belarusla sərhəddə yerləşən Brestdə keçiriləcək.
Rusiya nümayəndə heyətinə başçılıq edən Rusiya prezidenti Vladimir Putinin müşaviri Vladimir Medinski Belarusun Ukrayna və Polşa ilə həmsərhəd şəhəri olan Brestin Beloveysk meşəsində jurnalistlərə açıqlama verib.
Ukrayna nümayəndə heyəti ilə razılaşdırılmış şəkildə danışıqların aparıldığı yerə çatdıqlarını bildirən Medinski, bundan əvvəl bir görüşün keçirildiyin xatırladıb. Onun sözlərinə görə, Rusiya atəşkəslə bağlı təkliflərini ən qısa zamanda təqdim edib.
Aytac Aslan
















