Ukraynanın Çerniqov şəhərində neft anbarına hava zərbəsi endirilib.
Bakıvaxtı.az-ın CNN-ə istinadən xəbərinə görə bu barədə Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətinin məlumatında bildirilib.
Hadisə yerindən yayılan fotolarda ərazidən ətrafa sıx tüstünün yayıldığı görünür.
Yanğınsöndürənlərin və xilasedicilərin əraziyə cəlb edildiyi bildirilib.
















