• Bakı 12° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

İran parlamenti koronavirusa görə bağlandı

DÜNYA

01 Fevral 2022 | 16:39 | Müəllif: Subhan Mahmudov

İran parlamenti koronavirusa görə bağlandı

İran parlamentində fevralın 1 və 2-si baş tutacaq ümumi iclaslar təxirə salınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İslam Şurası Məclisinin Rəyasət Heyətinin sözçüsü bildirib.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, iclasların təxirə salınmasına səbəb olaraq, ölkə parlamentinin 47 üzvünün COVID-19-a yoluxması göstərilib.

Nizam Musəvi bu barədə deyib: “1 və 2 fevral tarixlərində baş tutmalı olan ümumi iclaslar Koronavirusla Mübarizə Qərargahının tövsiyyəsi ilə keçirilməyəcək”.

“Tasnim” ajansının verdiyi məlumata görə, o, sonda əlavə edib: “Ötən günlərdə İran parlamentinin 47 üzvünün, habelə qanunvericilik hakimiyyətinin 30 işçisinin koronavirus testi müsbət çıxıb. Bu səbəbdən Rəyasət Heyətinin qərarı ilə iclaslar ləğv edilib”.(oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR