Ukrayna nümayəndə heyəti Rusiya tərəfi ilə danışıqlar üçün yola düşüb.
Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin ofis rəhbərinin məsləhətçisi Mixail Podolyak "Twitter"də bildirib.
“Rusiya Federasiyası ilə danışıqlar üçün. Artıq helikopterdəyik. Bir neçə saatdan sonra başlayacağıq...” - o vurğulayıb.
















