Rusiyanın paytaxtı Moskvada hökm sürən kəskin hava şəraiti ilə əlaqədar hava limanlarında 30-dan çox reys təxirə salınıb.
Bakıvaxtı.az xəbər verir ki, Vnukovo hava limanında 7 reys ləngiyir, 3 reys isə təxirə salınıb.
Eyni zamanda Domodedovo hava limanında 4 reys ləngiyib, 6-ı təxirə salınıb, Şeremetyevoda isə 5 reys ləngiyib, 7 reys isə təxirə salınıb.
Qeyd edək ki, yerli hidrometeorologiya xidməti paytaxt ərazisində gün ərzində güclü külək, qar və buzlanmanın olacağını bildirib.
















