• Bakı 9° C

    6.8 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

İsveç XİN başçısı Vaşinqtona səfər edəcək

DÜNYA

02 May 2022 | 14:23

İsveç XİN başçısı Vaşinqtona səfər edəcək

İsveçin xarici işlər naziri Ann Linde ABŞ və Kanadaya səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsveç Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, mayın 3-5-də xarici işlər naziri Linde Vaşinqton və Ottavada səfərdə olacaq.

Anna Linde Vaşinqtonda dövlət katibi Entoni Blinkelə görüşəcək. O, həmçinin ABŞ senatorları və Konqres üzvləri ilə görüşlər keçirəcək.

Mayın 5-də isə isveçli nazir kanadalı həmkarı Melaniya Coy və kanadalı parlamentarilərlə görüşəcək.

Görüşlərdə Ukraynaya uzunmüddətli dəstək, eləcə də İsveç ətrafında təhlükəsizlik və sabitlik müzakirə olunacaq.

 

 

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026