• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Pakistanın Baş naziri Türkiyəyə gedir

DÜNYA

01 Iyun 2022 | 09:26

Pakistanın Baş naziri Türkiyəyə gedir

Pakistanın Baş naziri Şahbaz Şərif bu gün Türkiyəyə rəsmi səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkyə Prezidentinin Administrasiyası məlumat yayıb.

Səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə həyata keçirilir.

Ş.Şərif R.T.Ərdoğanla görüşəcək.

Liderlər arasında təkbətək danışıqlardan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş olacaq.

Müzakirələr başa çatandan sonra Rəcəb Tayyib Ərdoğan və Şahbaz Şərif birgə mətbuat konfransı keçirəcəklər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026