• Bakı C

    12.21 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

Ərdoğan ABŞ-a nümayəndə heyəti göndərir

DÜNYA

30 Iyun 2022 | 23:08

Ərdoğan ABŞ-a nümayəndə heyəti göndərir

Türkiyə F-16 qırıcılarının tədarükü ilə bağlı məsələni həll etmək üçün ABŞ-a nümayəndə heyəti göndərəcək. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Cənab Baydenin bu məsələdə səmimi səyləri güclü dəstək alacaq. Mən dərhal ABŞ-a nümayəndə heyəti göndərəcəyəm”, - o, Madriddə NATO sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.

Qeyd edək ki, Bayden daha əvvəl Türkiyəyə F-16 qırıcıları satışını dəstəkləmişdi. O, həmçinin xatırladıb ki, bu cür razılaşmalar ABŞ Konqresinin təsdiqini tələb edir.


SON XƏBƏRLƏR

18 Mart 2024