• Bakı C

    12.21 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

Xorvatiya Şengen zonasına qoşulur

DÜNYA

01 Iyul 2022 | 04:53

Xorvatiya Şengen zonasına qoşulur

Xorvatiya bu ilin sonuna qədər Şengen zonasına qoşulmaq üçün Avropa Komissiyasının təsdiqini gözləyir.

Bakıvaxtı.az xəbər verir ki, bunu baş nazir Andrey Plenkoviç deyib.

Onun fikrincə, Xorvatiyanın Şengenə qoşulması təkcə Avropadan deyil, həm də üçüncü ölkələrdən gələn milyonlarla turistin Xorvatiya kurortlarına səfərini asanlaşdıracaq. Xorvatiya hakimiyyəti hesab edir ki, Xorvatiyanın 27-ci Şengen üzvü olması ilə bağlı qərar bu ilin payızında, ən çoxu ilin sonuna qədər veriləcək.

Bundan əvvəl bu ölkə 2023-cü il yanvarın 1-dən avroya tamamilə keçməyə hazır olduğunu təsdiqləyib. Beləliklə, avrozonaya üzv ölkələrin sayı 20-yə yüksələcək (aviatravel.az). Bu məsələ ilə bağlı Aİ-nin qərarı iyulda gözlənilir. Xatırladaq ki, Xorvatiya 2013-cü ildən Avropa İttifaqındadır, lakin yalnız indi Şengen zonasına daxil olmaq imkanı əldə edib. Bunun ölkəyə investorları cəlb edəcəyi, turizm sənayesinin inkişafı isə yerli iqtisadiyyatı gücləndirəcəyi gözlənilir.


SON XƏBƏRLƏR

18 Mart 2024