• Bakı 18° C

    4.37 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Putin fikrindən niyə döndü? - AÇIQLAMA

DÜNYA

04 Dekabr 2021 | 09:58 | Müəllif: Qalib İbrahimoğlu

Putin fikrindən niyə döndü? - AÇIQLAMA

“Sual oluna bilər, nə baş verdi ki, qısa müddətdə Putin fikrindən döndü və Ərdoğanın təklifinə gəlməli oldu? Deməli, heç də hər şey Rusiyanın və Putinin istəyinə bağlı olmur”.

Bakıvaxtı.az xəbər verir ki, bunları politoloq Samir Hümbətov deyib. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olduğunu deyən politoloq tərəflərin əsasən üç məsələ üzərində “Rusiya və Ukrayna arasında son günlər artmaqda olan gərginlik, Qarabağ bölgəsində son vəziyyət və Ermənistan-Azərbaycan münasibətləri, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi - müzakirə apardıqlarını bildirib. S.Hümbətov noyabrın 29-da Ərdoğan tərəfindən Rusiya və Ukrayna arasındakı gərginliyin azaldılması üçün vasitəçilik təklifi gəlsə də, Rusiya mətbuatının Putinin bu təklifi qəbul etmək istəmədiyini yazdığını xatırladıb: “Həmin suala cavab olaraq Rusiya Prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirmişdi ki, Türkiyə vasitəçiliyi ilə Rusiya və Ukraynanın bir araya gəlməsinin Ukraynanın şərqindəki problemin həllinə kömək edəcəyi o qədər də inandırıcı görünmür. Peskov bildirmişdi ki, “Məsələ budur ki, Rusiya Donbasda problemin tərəflərindən deyil. Böhranın tərəfi Kiyev və Ukraynanın şərqində təktərəfli müstəqilliyini elan edən respublikalardır”. O zaman sual oluna bilər, nə baş verdi ki, qısa müddətdə Putin fikrindən döndü və Ərdoğanın təklifinə gəlməli oldu? Deməli, heç də hər şey Rusiyanın və Putinin istəyinə bağlı olmur”.

Politoloqun sözlərinə görə, geosiyasi və geostrateji reallıqlar diktə edir ki, qərar verərkən daha da dərindən düşünməkdə fayda var.

Onun sözlərinə görə, noyabrın 16-da Ermənistan-Azərbaycan sərhədində baş vermiş təxribat, eləcə də Rusiya Prezidentinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Soçidə baş tutmuş üçtərəfli görüşdən sonra Rusiya və Türkiyə dövlət başçılarının bu məsələni müzakirə edəcəkləri gözlənilən idi: “Təbii ki, məsələnin detalları açıqlanmasa da, hadisələrin gedişatından belə məlum olur ki, Rusiya Qarabağ məsələsində atdığı addımları Türkiyə ilə koordinasiyalı formada atmağa məcbur olduğunu yaxşı başa düşür. Bu da o anlama gəlir ki, hər nə qədər Rusiya tərəfi iddia etsə də, Qarabağ məsələsinin həllində Rusiyanın mövqeyi həlledici hesab edilmir. II Qarabağ savaşının nəticəsi olaraq imzalanmış 10 noyabr 2020-ci il üçtərəfli bəyannamənin 5-ci bəndinə əsasən Azərbaycanın Ağdam rayonunda yaradılmış Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətini də nəzər alsaq, o zaman Rusiyanın nə üçün Türkiyə ilə məsləhətləşməli olduğu məlum olur. Bu isə Rusiyanın II Qarabağ savaşından sonra Türkiyənin Cənubi Qafqazdakı varlığını tanıması anlamına gələ bilər. İstər Suriya, istər Liviya, istər Ukrayna, istər Mərkəzi Asiyada, istərsə də Qarabağ məsələsində Türkiyə və Rusiya arasında bir rəqabət mövcud olsa da, tərəflər arasında iqtisadi sahədə əlaqələrin davamlılğına həssaslıqla yanaşılır”.
S.Hümbətov qeyd edib ki, tərəflər arasında nə qədər fikir ayrılıqlarının olmasına baxmayaraq, geosiyasi və geostrateji vəziyyətin tələbi ilə qarşılıqlı şəkildə dil tapmağa məcburdurlar: “Rusiya üçün isə bu daha önəmli məsələdir”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026