• Bakı 21° C

    5.28 m/s

Meksikada YANĞIN: 100-dən çox ailə evsiz qaldı

DÜNYA

03 Yanvar 2022 | 01:22 | Müəllif: Qalib İbrahimoğlu

Meksikada YANĞIN: 100-dən çox ailə evsiz qaldı

Meksikada güclü yanğın olub.

Bakıvaxtı.az-ın xarici mətbuata istinadla məlumatına görə, hadisə Meksikanın şimal-şərqində, Nuevo-Leon ştatının Monterrey şəhərində kasıb məhəllədə baş verib. Hadisə naticəsində yüzlərlə insan evsiz qalıb.

Yanğının söndürülməsində dörd yanğınsöndürmə bölməsinin briqadaları cəlb edilib. Onlar bir neçə saat ərzində alovu söndürməyə müvəffəq olublar. Ölən və yaralananlar barədə məlumat verilmir.

Regional hakimiyyət orqanları bütün əmlakını itirmiş insanları yerləşdirmək üçün müvəqqəti sığınacaqlar açıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026