Çin fevralın 1-dən etibarən Öküz ilini geridə qoyaraq Pələng ilinə qədəm qoyub.
Bakıvaxtı.az-ın məlumatına görə, Ay təqvimi üzrə qeyd edilən Yeni il bayramı 15 gün davam edəcək. Çin növbəti Yeni ili isə 2023-cü ilin 22 yanvarında qeyd edəcək.
Çin Yeni ili rəsmi olaraq İndoneziya, Tailand, Malayziya, Sinqapur, Bruney, Filippin və Mavrikidə də qeyd olunur.
Çində fevralın 1-də şərq ay təqviminə görə Yeni il başlayır. Bu bayram həm də Çuntsze Günü kimi də tanınır.
Ümumiyyətlə, Çində Yeni il iki dəfə qeyd olunur: günəş təqviminə görə, bütün dünyada olduğu kimi - yanvarın 1-də və Ay təqviminə görə.















