• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Səudiyyə Ərəbistanı dövlət atributlarında dəyişikliklər edəcək

DÜNYA

01 Fevral 2022 | 22:24 | Müəllif: Subhan Mahmudov

Səudiyyə Ərəbistanı dövlət atributlarında dəyişikliklər edəcək

Səudiyyə Ərəbistanının Şura Məclisi ölkənin bayrağı, gerbi və dövlət himninin dəyişdirilməsi ilə bağlı hazırlanan qanun layihəsini qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, sonuncu mərhələdə qərarın Kral Salman bin Əbdüləziz tərəfindən təsdiqlənməsi gözlənilir.

Amma hələlik dövlət rəmzlərindəki dəyişikliklərin konkret nədən ibarət olacağı sirr olaraq qalır.

Səudiyyə Ərəbistanında hazırda qüvvədə olan bayraq, gerb və milli himn sistemi 1973-cü ildə kral fərmanı ilə qəbul edilib.(Oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026