Ukrayna və Rusiya nümayəndə heyətləri humanitar dəhliz açılması və müvəqqəti atəşkəslə bağlı razılığa gəldilər.
Bakıvaxtı.az xəbər verir ki, bunu TASS agentliyinə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bildirib.
Onun sözlərinə görə, Ukrayna və Rusiya yaxın vaxtlarda humanitar dəhliz üçün qarşlıqlı rabitə kanalları yaradacaqlar.
Podolyak onu da deyib ki, Ukrayna nümayəndəı heyəti istədiyi nəticəni əldə edə bilmədiyi üçün danışıqları üçüncü raundda davam etdirmək istəyir.
***
19:11
Ukrayna-Rusiya danışıqları başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bildirib.
Xatirladaq ki, danışıqlar Belarusun Brest vilayətində keçirilir.
***18:00
Ukrayna nümayəndə heyəti Belarusda Rusiya ilə danışıqların keçiriləcəyi Belovej meşəsinə çatıb.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, Ukrayna nümayəndə heyəti əraziyə helikopterlə gəlib.
Ukrayna nümayəndə heyəti Rusiya tərəfi ilə danışıqlar üçün yola düşüb.
***16:34
Ukrayna nümayəndə heyəti Rusiya ilə danışıqlarda iştirak etmək üçün yola düşüb.
Bakıvaxtı.az xəbər verir ki, Prezident Vladimir Zelenskinin Aparat rəhbərinin müşaviri Mixail Podolyak nümayənə heyətinin görüntülərini paylaşıb.
“Rusiya ilə danışıqlara gedirik. Artıq helikopterdəyik”, - Podolyak bildirib.
















