• Bakı 18° C

    3.2 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Bu gün OPEC-ə YENİ RƏHBƏR seçiləcək

DÜNYA

03 Yanvar 2022 | 01:01 | Müəllif: Qalib İbrahimoğlu

Bu gün OPEC-ə YENİ RƏHBƏR seçiləcək

Bazar ertəsi günü Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xüsusi iclası keçiriləcək.

Bakıvaxtı.az-ın xəbərinə görə, iclasın gündəliyindəki yeganə məsələ qurumun yeni sədrinin seçilməsidir. Yeni sədr fəaliyyətdə olan Məhəmməd Barkindonu avqust ayından etibarən əvəz etməlidir.

Siyahıda cəmi bir namizədin – Küveytin nümayəndəsi Haysam əl-Qaysın adı var. O, 2017-2021-ci illərdə Küveytin OPEC-dəki nümayəndəsi olub.
Üzv ölkələr yeni sədrin seçilməsi məsələsini dekabrda müzakirə etsələr də, yekun rəyə gələ bilməyiblər.

San-Fransisko Universitetinin məzunu olan Haysam əl-Qays neft şirkətlərində və Küveytin Xarici İşlər nazirliyində çalışıb. O, 6 dildə sərbəst danışır./APA/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026