• Bakı 9° C

    12.07 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

ABŞ və Aİ yeni ilin əvvəlində danışıqlar aparacaq

DÜNYA

03 Dekabr 2021 | 23:44 | Müəllif: Qalib İbrahimoğlu

ABŞ və Aİ yeni ilin əvvəlində danışıqlar aparacaq

ABŞ və Avropa İttifaqı müdafiə və təhlükəsizlik üzrə dialoqun başlandığını elan edib.

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi və Aİ-nin xarici işlər üzrə ali nümayəndəsinin birgə bəyanatında deyilir.

Qeyd olunub ki, təhlükəsizlik və müdafiə sahəsində daha sıx əməkdaşlığa yönəlmiş dialoq çərçivəsində ilk görüş 2022-ci ilin əvvəlində baş tutacaq. Bəyanatda deyilir ki, ABŞ və Aİ güclü və effektiv Avropa müdafiəsinin vacibliyini və ardıcıl və qarşılıqlı fəaliyyət qabiliyyətlərinin inkişaf etdirilməsinin vacibliyini vəd ediblər.

"Tərəflər NATO-Aİ əməkdaşlığını dəstəklədiklərini bir daha təsdiqləyiblər", - deyə bəyanatda vurğulanır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026