• Bakı 14° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.8945

    RUB - 2.1118

Bəşəriyyətin sonunu gətirəcək gizli təcrübə - ŞOK İDDİA

DÜNYA

04 Dekabr 2021 | 09:31 | Müəllif: Subhan Mahmudov

Bəşəriyyətin sonunu gətirəcək gizli təcrübə - ŞOK İDDİA

Dünya robotlarla bağlı inkişafları izlədiyi bir vaxtda hər kəsdən gizlədilən bir təcrübə üzə çıxıb.

Bakıvaxtı.az Teleqraf.com-a istinadən xəbər verir ki, ABŞ-ın Harvard Universitetinin Viss İnstitutu və Tuftsdakı Allen Araşdırmalar Mərkəzində aparılan təcrübədə robotlar mitozla çoxaldılıb.

Uğurlu təcrübə dünya tarixində bir ilk kimi qeydə alınıb.

Tədqiqatçılar robotların təkbaşına çoxalmasını təmin etmək üçün qurbağa hüceyrələrindən istifadə ediblər. Robotlar bu təcrübədən uğurla çıxıblar və özlərini çoxaltmağı bacarıblar. Amma bəzi elm adamlarına görə, bu uğur bəşəriyyət üçün eyni dərəcədə faydalı olmaya bilər.

Ən son inkişaflardan sonra gözlər başqa təcrübələrə çevrilib. Belə ki, Amerikada aparılan tədqiqatlarda robotlara silahdan istifadə öyrədilib. Bundan əlavə, başqa bir araşdırmada robotlara riyazi məsələləri həll etməsi də öyrədilib.

Sui-qəsd nəzəriyyəçiləri baş verənlərin insanlar və robotlar arasında müharibəyə səbəb olacağını iddia edirlər. İş o yerə çatıb ki, nəzəriyyəçilər sözügedən müharibəyə əvvəlkindən daha yaxın olduğumuzu deyirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Oktyabr 2026