İran xarici işlər nazirinin müavini Əli Bakiri Keni noyabrın 29-da Avstriyanın paytaxtı Vyanada nüvə razılaşmasına qayıtmaq üçün danışıqları bərpa edəcəklərini açıqlayıb.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Əli Bakiri Keni sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edək ki, İranla nüvə sazişinin tam icrası ilə bağlı danışıqlar aprelin 6-dan başlayıb. Lakin iyun ayında İranda keçirilən prezident seçkilərinə görə, danışıqlar dayandırılıb.
Nuranə Daxilqızı
















