• Bakı 11° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

“Növbəti böhrana hazırlaşmalıyıq” - ÜST-nin Baş direktoru

DÜNYA

04 Noyabr 2021 | 11:40

“Növbəti böhrana hazırlaşmalıyıq” - ÜST-nin Baş direktoru

“ÜST-nin məqsədi bu il ərzində bütün dünya ölkələrində əhalinin ən azı 40 faizinin peyvənd olunmasıdır”.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən Qlobal Bakı Forumuna göndərdiyi videomüraciətində deyib.

“Biz bundan sonra da növbəti böhrana hazırlaşmalıyıq. Bizim səhiyyə sistemlərimiz daha müvafiq olmalıdır. Ən zəngin və inkişaf etmiş dövlətlər belə bu xəstəlikdən qorunmayıb. Bu pandemiya bir daha göstərdi ki, sağlamlıqla bağlı olan məsələ həmişə diqqət mərkəzində olmalıdır. Biz səhiyyəyə, ilkin xidmətlərə ayrılan vəsaitləri artırmalıyıq. Biz qlobal çərçivədə xüsusi maliyyə çərçivəsi yaratmalıyıq”, - o bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026