• Bakı 16° C

    3.12 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

İstanbullulara XƏBƏRDARLIQ - “Lodos” daha güclü formada qayıdacaq

DÜNYA

03 Dekabr 2021 | 20:27 | Müəllif: Subhan Mahmudov

İstanbullulara XƏBƏRDARLIQ - “Lodos” daha güclü formada qayıdacaq

Türkiyənin Meteorologiya Baş İdarəsi əhaliyə “Lodos” küləyinin daha güclü formada qayıdacağı ilə bağlı xəbərdarlıq edib.

Bakıvaxtı.az xəbər verir ki, Egey bölgəsində qüvvətli yağış, Mərmərə bölgəsində qasırğa təhlükəsi gözlənilir.

Şiddətli külək səbəbilə vətəndaşlara ehtiyatlı davranmaları ilə bağlı xəbərdarlıq edilib.

Türk Hava Yolları İstanbulda gözlənilən təhlükəli hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.

Bəzi gəmi səfərləri təxirə salınıb.

Xatırladaq ki, İstanbulda ötən günlərdə baş verən qasırğa altı nəfərin ölümünə, onlarla insanın yaralanmasına səbəb olub.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026