• Bakı 26° C

    3.75 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

"Omikron" və qrip: Fərqlər, oxşarlıqlar

DÜNYA

02 Yanvar 2022 | 19:31 | Müəllif: Qalib İbrahimoğlu

"Omikron" və qrip: Fərqlər, oxşarlıqlar

Havalar soyuyandan xəstələnən insanlar “koronavirusa yoluxdum, yoxsa qrip oldum” sualını özlərinə tez-tez verirlər.  Bəs qrip və "Omikron" variantı arasında hansı fərqlər var? Koronavirusun digər variantları ilə oxşarlıqları hansı əlamətlərdir?

 Bakıvaxtı.az aztibb.az-a istinadla  qrip, "Omikron" və koronavirusun digər varintlarının sipmtomları barədə oxucuları ilə paylaşır.

Bronxlarda və ağciyər toxumasında "Omikron" variantının irəliləməsini araşdıran elm adamları bu xəstəliyin yüngül keçdiyini bildiriblər. Qeyd edilir ki, koronavirusun əsas əlamətləri arasında öskürək, yüksək hərarət, dad və qoxu hisslərinin itməsi halları sıx rast gəlinir.

Bel ağrısı və boğazda qaşınma

Ekspertlər izah edirlər ki, "Omikron" variantında ən çox görülən simptomlar bel ağrısı və boğazda qaşınmadır. Bu iki əlamətin soyuqdəymə ilə birgə baş verə biləcəyini deyən mütəxəssislər, bu şikayətləri yaşayanlara müayinə olunmaları üçün xəbərdarlıq edir.

Ən çox görülən əlamətlər

Boğazda qaşınmadan sonra burun tutulması, quru öskürək və bel ağrıları da "Omikron"un əlamətləri sırasındadır.

Bundan başqa, "Omikron" simptomlarından birinin də gecə tərləmələri olduğu ifadə edilib.

"Delmikron" xəbərdarlığı

"Omikron" və "Delta" mutasiyalarının birləşməsindən ibarət olan "Delmikron" variantının narahatlıq doğurduğuna işarə edən səhiyyə rəsmiləri kollektiv fəaliyyətləri idarə edə bilinməsə, "Delmikron"un 2022-ci ildə kabusa çevrilə biləcəyini xəbərdarlıq ediblər.

"Omikron"un əlamətləri

Yorğunluq, bədən ağrıları, baş ağrısı, asqırma, gecə tərləmələri, dadbilmə və qoxubilmə itkisi, yüksək hərarət.

Qripin əlamətləri

Burun axması, boğaz ağrısı, baş ağrısı, yorğunluq, quru öskürək, əzələ ağrıları, 3-5 gün davam edən qızdırma.

Koronavirusun əlamətləri

Qoxu və dadbilmə itkisi, yanğı, öskürək, zəiflik, oynaq ağrıları, boğaz ağrısı, baş ağrısı, ishal, əllərin və ayaq barmaqlarının dəri döküntüsü və ya rəngsizləşməsi, gözlərdə qızartı və ya qıcıqlanma.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR