• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

BƏƏ Fransadan qırıcı və helikopter alır

DÜNYA

03 Dekabr 2021 | 21:36 | Müəllif: Subhan Mahmudov

BƏƏ Fransadan qırıcı və helikopter alır

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Fransadan 80 ədəd “Rafale” qırıcısı və 12 ədəd “Caracal” helikopterləri alacaq.

Bakıvaxtı.azmxəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Florens Parli məlumat yayıb.

Bildirilib ki, müqavilə Fransa Prezidenti Emmanuel Makronun Dubaya səfəri şərəfinə imzalanıb. Sənədin imzalanması mərasimində Əbu Dabinin vəliəhd şahzadəsi Məhəmməd Bin Zaid əl-Nahyan da iştirak edib.

Məlumata görə, E.Makron dekabrın 3-4-də Qətər, BƏƏ və Səudiyyə Ərəbistanına səfər edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026