• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Taliban Siyasi Büro yaradır: Əhməd Məsuda üzvlük təklif edildi

SİYASƏT

24 Avqust 2021 | 11:40

Taliban Siyasi Büro yaradır: Əhməd Məsuda üzvlük təklif edildi

Taliban Əfqanıstanı idarə etmək üçün 12 nəfərdən ibarət bir məclis quracaq.

Bakıvaxtı.az "Foreign Policy"ə istinadən xəbər verir ki, öz növbəsində, nəşr Əfqanıstandakı etibarlı mənbələrinə əsasən məlumat yayıb.

Nəşr qeyd edir ki, şuranın tərkibində Taliban siyasi ofisinin rəhbəri Molla Əbdül Qani Baradar, hərəkatın qurucusu Molla Məhəmməd Ömərin oğlu Molla Məhəmməd Yakub və "Haqqani Şəbəkəsi"nin yüksək rütbəli üzvü Xəlil Rəhman Haqqani olacaq.

Baradar və Yakuba yaxın bir mənbə FP -yə bildirib ki, 20 il əvvəl Taliban tərəfindən öldürülən Şimal İttifaqının lideri Əhməd Şah Məsudun oğlu Əhməd Məsudu məclisə daxil etmək istəyirlər. Nəşr isə Pəncşirdə Taliban əleyhinə müqavimət göstərən Məsudun məclisə daxil edilməsini az ehtimal edir.

Jurnalın mənbələrinə görə, keçmiş rəhbərliyin bəzi üzvlərinə öz istəklərinə uyğun seçdikləri nazirliklərin idarə etmələri təklif ediləcək.

Tərcümə şöbəsi

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026