• Bakı 5° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

GUAM çərçivəsində işçi qrup yaradılacaq

SİYASƏT

22 Sentyabr 2021 | 23:12 | Müəllif: Subhan Mahmudov

GUAM çərçivəsində işçi qrup yaradılacaq

Gürcüstanın təşəbbüsü ilə GUAM çərçivəsində strateji kommunikasiyalar üzrə işçi qrup yaradılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qərar təşkilata üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində baş tutan iclasında qəbul olunub.

Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib ki, toplantıda “GUAM +” formatında, digər tərəfdaşlarla, beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq müsbət qiymətləndirilib. XİN başçıları Gürcüstanın GUAM-a sədrliyi dövründə əsas prioritetlərdən olan digər ölkələr və təşilatlarla əməkdaşlıq perspektivlərini də nəzərdən keçiriblər.

İclasda siyasi, sahəvi və parlamentlərarası əməkdaşlıq daxil olmaqla, təşkilatın gündəliyində duran əsas məsələlərin müzakirəsi də aparılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR