• Bakı 23° C

    1.48 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Talış kəndində Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başladı - FOTOLAR

CƏMİYYƏT

20 Aprel 2023 | 12:12

Talış kəndində Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başladı - FOTOLAR

İşğaldan azad edilən Tərtər rayonunun Talış kəndində Ailə Sağlamlıq Mərkəzi (ASM) fəaliyyətə başlayıb.

TƏBİB-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, Ailə Sağlamlıq Mərkəzi TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə TƏBİB-in tabeliyində fəaliyyət göstərən Tərtər Rayon Mərkəzi Xəstəxanasının nəzdində yaradılıb.

Mərkəzin binası təmirdən sonra istifadəyə verilib və 5 otaqdan ibarətdir. Müəssisə bütün zəruri tibbi avadanlıqlar və vasitələrlə təmin edilib. Eyni zamanda ASM-də təcili və təxirəsalınmaz tibbi yardım xidməti təşkil edilib, ambulansla təchiz olunub.

Tibb müəssisəsində Tərtər Rayon Mərkəzi Xəstəxanasından ezam olunan 16 nəfər (tibb və qeyri-tibb) növbəlilik əsasında xidmət göstərəcək. Hər növbədə həkim, tibb bacısı, sürücü və xadimə 24 saat fasiləsiz vətəndaşların xidmətində olacaq.


Talış kəndində Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başladı - FOTOLARTalış kəndində Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başladı - FOTOLARTalış kəndində Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başladı - FOTOLARTalış kəndində Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başladı - FOTOLARTalış kəndində Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başladı - FOTOLARTalış kəndində Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başladı - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026