Azərbaycana pivə idxal edən “Çarçıoğlu Group” MMC ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə cərimə olunub.
Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı “Çarçıoğlu Group” MMC barədə İnzibati Xətəlar Məcəlləsinin 430.4-cü maddəsi əsasında cərimələyib.
İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
İnzibati xətalar haqqında iş Qazax rayon məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyilə araşdırılacaq.
Ramid İbrahimov








jpg-1687152706.webp)
jpg-1687152279.webp)






