• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Tanınmış futbolçu onkoloji xəstəlikdən vəfat edib

İDMAN

16 Dekabr 2022 | 18:36 | Müəllif: Subhan Mahmudov

Tanınmış futbolçu onkoloji xəstəlikdən vəfat edib

Serbiya millisinin və İtaliya "İnter"inin sabiq futbolçusu Sinişa Mixayloviç dünyasını dəyişib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə italiyalı jurnalist Nikola Skira paylaşım edib.

O, veteran müdafiəçinin 53 yaşında onkoloji xəstəlikdən vəfat etdiyini yazıb. Mixayloviç bir müddətdir xərçəngdən əziyyət çəkirdi.

Qeyd edək ki, Sinişa Mixayloviç futbolçu karyerası ərzində "İnter"lə yanaşı, ölkəsinin "Voyvodina", "Srvena Zvezda", İtaliyanın "Roma", "Sampdoriya" və "Latsio" klublarının da formasını geyinib. Baş məşqçi kimi də fəaliyyət göstərən mütəxəssis son olaraq İtaliya "Bolonya"sının sükanı arxasında olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026